Türkiyədə yaşananlardan Azərbaycanın çıxaracağı dərs
Azərbaycan Birlik Hərəkatı: Atatürkçü düşüncəni Türkiyədən silmək və qardaş ölkəni bölmək üçün 40 il hazırlaşan fətullahçı şəbəkənin Azərbaycan və Heydər Əliyev sevgisi timsahın göz yaşlarına bənzəyir.
2003-cü ildə Heydər Əliyevlə bağlı görüntünü xarici informasiya agentliyinə satan, Türkiyədə ermənilərin himayədarı kimi tanınan fətullahçılar Azərbaycanın və mərhum Heydər Əliyevin böyük dostu Hüseyn Kıvrıkoğlunu həbs etdirmək istəyirlər Vaxtı ilə İzmirdə kiçik bir məsciddə bir molla vaizlik edirdi. Vaizlik imtahanından kəsilmiş, orta təhsili olmayan bu molla sabatayçı qohumlarının yardımı ilə ikinci dəfə imtahana girmiş və güc-bəla ilə vaiz təyinatını almışdı. Həmin molla müxtəlif variantlarla tədricən ətrafını genişlətməyə başladı. Dini savadı olmasa da, güclü hiyləgərliyi bacaran molla Fətullah (o zaman adı bizim yazdığımız kimi Fətullah idi. Daha sonra adını M.Fəthullah olaraq dəyişdirdi) öncə gəncləri ətrafına cəlb etməyə başladı. Nur Camaatının içində fəaliyyət göstərən molla Fətullah zamanın nəbzini tutaraq, hər zaman güclünün yanında yer alaraq, min bir hiylə ilə öz imperiyasını qurmağa başladı. /yenicag/

