Erməni əsirliyində
Yaxud bir şəkilin tarixçəsi
Azərbaycan Birlik Hərəkatı: Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai İirliyinin sədri Faiq İsmayılovun redaksiyamıza təqdim etdiyi fotoşəkil günün olayları üzərində kökləmiş ovqatımı alt-üst elədi. AŞ PA sədrinin açıqlamalarını, Türkiyədə oynanılan AKP-Ergenokon komediyasını və daha nələri bütün göz önündə olan və olmayan çalarlarına kimi unutdum. Dəyərli oxucular, Sizə təqdim olunan bu fotoşəkildəki insanlar bizim babalarımız, nənələrimiz, ata və analarımız, bacı və qardaşlarımızdır... Qanı bir, dili bir soydaşlarımızdır.
