Ermənistan müxalifəti yenidən oturaq aksiyaya başladı
Levon Ter-Petrosyan Serj Sarkisyana ultimatum verdi
Azərbaycan Birlik Hərəkatı: Dünən İrəvanda Ermənistan müxalifətinin izdihamlı mitinqi keçirilib. Lent.az-ın Ermənistan KİV-lərinə istinadən xəbərinə görə, hakimiyyətin maneələrinə baxmayaraq, müxalifətin aksiyası razılaşdırılmamış məkanda – “Matenadaran” meydanında keçirilib.
Mitinqdə çıxış edən Ermənistan müxalifətinin lideri, sabiq prezident Levon Ter-Petrosyan hakimiyyətə ultimatum verib. Ter-Petrosyan bildirib ki, avqustun 1-nə qədər bütün siyasi məhbuslar azadlığa buraxılmalı, müxalifət fəallarına qarşı polis və vergi terroruna son qoyulmalıdır: “Bundan başqa, Robert Köçəryan başda olmaqla 1 mart cinayətinin bütün təşkilatçıları həbs edilməli, Ermənistan baş nazirinin müavini Armen Gevorkyan, Prezident Administrasiyasının rəhbəri Ovik Abramyan, baş prokuror Aqvan Ovsepyan, Milli Təhlükəsizlik Xidmətinin rəisi Qorik Akopyan və İctimai Televiziyanın rəhbəri Aleksan Arutyunyan istefaya göndərilməlidir”. Ter-Petrosyan tələbləri yerinə yetirilməyəcəyi halda, Ermənistan müxalifətinin Serj Sarkisyanın istefasını tələb edəcəyini vurğulayıb. Mitinq başa çatdıqdan sonra aksiya iştirakçıları İrəvan küçələri ilə yürüş ediblər. Saat 23:00-dan isə Ermənistan paytaxtının Şimal prospektində gözlənilmədən iki min nəfərin iştirakı ilə oturaq aksiya başlayıb. Prospektdə çadırlar qurulub. Ter-Petrosyanın mətbuat katibi Levon Zurabyan aksiyaların avqustun 1-nə qədər davam edəcəyini bildirib: “Avqustun 1-də isə erməni xalqı möhtəşəm mitinq keçirərək, özünü prezident elan etmiş Serj Sarkisyanın 100 günlük fəaliyyətinə qiymət verəcək”. /lent.az/
+ Yazar A.B.H. Sat 5 Jul 2008 Saat
9:39 PM |
جمهوري اسلامي، كارتهاي عروسي تركي و رژيم زباني جنبش هاراي هاراي من تركم
بن بست فارسي و بن بست شكني تركي آذربایجان بیرلیک حرکاتی: جامعه ايران همچنان در وضعيتي سوررئاليستي، و سردمداران و قوميتگرايان حاكم بر دولت در وضعيتي شيزوفرنيك به سر مي برند. در ايران وجود و هويت خلق ترك كه اكثريت جمعيت كشور را تشكيل مي دهد به طور رسمي انكار ميشود و اين توده دهها ميليوني محروم از داشتن حتي يك مهد كودك و كودكستان ترك، هنوز در حسرت آزادي زبان مليشان تركي به سر مي برد. سردمداران و قوميتگرايان فارس حاكم بر دولت كه در تلاش حقنه كردن زبان و فرهنگ و هويت فارسي به تركان و ديگر ملل ساكن اين كشوراند، در پريشان انديشي اي حيرت انگيز، و گسستگي اي عميق از واقعيتهاي جهان خارج، طبيعي و قابل ادامه بودن اين وضعيت سفيلانه و بالاتر از آن رضاي تركان ايران در مقابل آنرا مي پندارند. اين توهمي بيش نيست.
اگر امر بر دولت ايران و قوميتگرايان فارس، مشتبه شده و حقيقتا باور كرده اند كه ملتي را كه دهها امپراتوري تاسيس كرده و صدها سال بر بخش اعظم خاورميانه و فققاز حاكم بوده است، مي توان تا ابد فريفت و با وي معامله اسير نمود، سخت در اشتباهند. خلق ترك و نخبگان آن، دير يا زود اين بن بست فارسي را در هم خواهند شكست و سرنوشت خود را خود رقم خواهند زد. بن بست شكني و تاريخ سازي، خصلت ملي تركان و آزربايجان است.
 
شكل گرفتن تاريخ مشترك در ميان تركان آزربايجاني در نتيجه جنبشهاي ناآگاهانه و غيرهدفمند: در تاريخنگاري ترك، جنگهاي ايران و روس در اوائل قرن نوزده و عقد قراردادهاي توركمانچاي و گلستان، به عنوان آغاز عصر مدرنتيه در آزربايجان پذيرفته مي شود. پس از آن خلق ترك تا امروز موجد خيزشهاي مردمي و سياسي بسيار بوده است. عصيان بابي سالهاي ١٨٥٢- ١٨٥١ زنجان آزربايجان؛ مجموعه شورشها و تلاطم موسوم به انقلاب مشروطيت در آزربايجان؛ قتل و كشتارهاي موسوم به جيلوولوق، قاچاقلار و سيميتقو در غرب آزربايجان به سالهاي جنگ جهاني اول توسط نيروهاي آسوري، ارمني و كرد؛ عصيان ايلات ترك در جنوب ايران در همين سالها؛ حركت كلنل پسيان در خراسان؛ حركت آزاديستان در آزربايجان و متعاقب آن قيام لاهوتي در تبريز؛ جنبش ٢١ آزر و حكومت ملي آزربايجان؛ انقلاب بهمن ١٣٥٧ و خيزش خلق مسلمان؛ و آخرينشان قيام هاراي هاراي من توركم در خرداد ٨٥ از مهمترين اين خيزشهاي مردمي و سياسي است...
Yazının Ardı
+ Yazar A.B.H. Sat 5 Jul 2008 Saat
9:23 PM |
Millətçi təşkilatlar bir araya gəlib,
“Millətçi Gənclər Koalisiyası” yaratmalıdırlar
Azərbaycan Birlik Hərəkatı: Dunən (2008-07-04) “Difai Gənclər Birliyi”nin qərargahında toplantı keçirilmişdir. Toplantıda “Difai Gənclər Birliyi”nin üzvləri, millətçi təşkilat rəhbərləri ilə yanaşı, bəzi qeyri-hökümət təşkilatlarının nümayəndələri də iştirak etmişlər.
İclasda ölkədəki ictimai-siyasi vəziyyət, seçkiöncəsi durum, gənc millətçilərin seçkidə iştirakı və s. məsələlər müzakirə edilmişdir. Müzakirə nəticəsində qərara alınmışdır ki, millətçi qüvvələr seçkidə vahid namizədlə iştirak etsinlər və ölkənin qarşısında duran problemləri birgə həll etmək üçün səylərini birləşdirib, vahid mövqedən çıxış etsinlər. İclasın sonunda “Difai Gənclər Birliyi”nin başqanı Vüqar Həsənbəyli, “Müstəqil Azərbaycan Gəncliyi” İctimai Birliyi və Türk Millətçi Gənclər Hərəkatı ilə danışıqların aparıldığı haqda məlumat verərək birgə mövqedən çıxış edəcəklərini və “Millətçi Gənclər Koalisiyası”nın yaradılacağını bildirdi. /presspost/
+ Yazar A.B.H. Sat 5 Jul 2008 Saat
9:55 AM |
Türkiyədə yaşananlardan Azərbaycanın çıxaracağı dərs
Azərbaycan Birlik Hərəkatı: Atatürkçü düşüncəni Türkiyədən silmək və qardaş ölkəni bölmək üçün 40 il hazırlaşan fətullahçı şəbəkənin Azərbaycan və Heydər Əliyev sevgisi timsahın göz yaşlarına bənzəyir.
2003-cü ildə Heydər Əliyevlə bağlı görüntünü xarici informasiya agentliyinə satan, Türkiyədə ermənilərin himayədarı kimi tanınan fətullahçılar Azərbaycanın və mərhum Heydər Əliyevin böyük dostu Hüseyn Kıvrıkoğlunu həbs etdirmək istəyirlər Vaxtı ilə İzmirdə kiçik bir məsciddə bir molla vaizlik edirdi. Vaizlik imtahanından kəsilmiş, orta təhsili olmayan bu molla sabatayçı qohumlarının yardımı ilə ikinci dəfə imtahana girmiş və güc-bəla ilə vaiz təyinatını almışdı. Həmin molla müxtəlif variantlarla tədricən ətrafını genişlətməyə başladı. Dini savadı olmasa da, güclü hiyləgərliyi bacaran molla Fətullah (o zaman adı bizim yazdığımız kimi Fətullah idi. Daha sonra adını M.Fəthullah olaraq dəyişdirdi) öncə gəncləri ətrafına cəlb etməyə başladı. Nur Camaatının içində fəaliyyət göstərən molla Fətullah zamanın nəbzini tutaraq, hər zaman güclünün yanında yer alaraq, min bir hiylə ilə öz imperiyasını qurmağa başladı. /yenicag/
+ Yazar A.B.H. Sat 5 Jul 2008 Saat
7:5 AM |
Polis «Dalğa»nın aksiyasının qarşısını aldı
Azərbaycan Birlik Hərəkatı: İyulun 4-də «Dalğa» Gənclər Hərəkatının ATƏT-in Bakı ofisi qarşısında aksiyasına imkan verilməyib. Təşkilat fəalları ölkədə baş verənlərə beynəlxalq təşkilatların diqqətini yönəltmək məqsədi ilə aksiya keçirmək istəyiblər. Eyni zamanda məqsəd Azərbaycanın Avropaya inteqrasiyası istiqamətində mövcud olan maneələri bir daha gündəmə gətirmək olub. «Dalğa»çılar bu dəfə də kiçik səhnəcik göstərməklə, sürünərək etirazlarını bildirəcəkdilər.
3 jurnalist sərbəst buraxılıb, aksiya iştirakçıları isə hələ də bölmədə saxlanılır
Ofisə yaxınlaşmaq istəyən fəalları polislər maşınlara əyləşdirərək 39-cu Polis Bölməsinə aparıblar. Hadisə yerində olan «Azadlıq» radiosunun müxbiri və daha iki jurnalisti də həmin bölməyə aparıblar. Jurnalistlər vəsiqələrini təqdim etsələr də, polislər buna əhəmiyyət verməyiblər. «Nə olsun jurnalistsiniz? Bizim əsəblərimizlə oynayırsınız. Tapşırıq belədir, biz sizi bölməyə aparmalıyıq» -, deyiblər. Az sonra jurnalistlər sərbəst buraxılıb. Aksiya iştirakçılarından üçünü - Ramin Hacılı, Rövşən Nəcəfov və Pənah Əliyevi Səbail Rayon Məhkəməsinə aparıblar. Məhkəməyə aparılmağa səbəb kimi onların Britaniya səfirliyi qarşısında qanunsuz piket keçirməyə cəhd etmələri göstərilib. Məhkəmə saxlananlara xəbərdarlıq edərək onları sərbəst buraxıb. «Dalğa»çılar isə bildirirlər ki, onları qanunsuz saxladığına görə yaxın günlərdə 39-cu Polis Bölməsini məhkəməyə verəcəklər. /Azadliq radiosu - Durna Səfərli/
+ Yazar A.B.H. Fri 4 Jul 2008 Saat
10:13 PM |
حمایت آمریکا و اسرائیل از پژاک
آذربایجان بیرلیک حرکاتی:
سفیر آمریکا در ترکیه در واکنش به مقاله اخیر سیمور هرش در مجله نیویورکر گفت: "آمریکا همچنان پژاک را یک سازمان تروریستی می داند و هیچ رابطه ای با این گروهک ندارد."
روزنامه زمان چاپ ترکیه نوشت: راس ویلسون در اظهاراتی ادعای سیمور هرش نویسنده جنجالی نیویورکر در خصوص ارتباط آمریکا با شاخه ایرانی حزب کارگران کردستان ترکیه (پ.ک.ک) موسوم به پژاک را تکذیب کرد." ویلسون با بیان اینکه پژاک در فهرست سازمان های تروریستی وزارت خارجه آمریکا قرار دارد به خبرنگاران گفت: "آمریکا با پژاک همکاری نمی کند. ما هیچ ارتباطی با این گروه نداریم و به پژاک به عنوان یک سازمان تروریستی نگاه می کنیم." هرش اخیرا در مقاله ای از عملیات پنهان آمریکا برای بی ثبات کردن ایران خبر داد و نوشت: "400 میلیون دلار از سوی آمریکا برای گروه های مخالف نظام ایران به منظور ثبات زدایی این کشور اختصاص داده شده است."
این روزنامه نگار جنجالی نیویورکر همچنین ادعا کرد: "سازمان سیا و نیروهای عملیات ویژه آمریکا از دیرباز با دو گروه مخالف ایرانی یعنی مجاهدین خلق (منافقین) و حزب حیات آزاد کردستان (پژاک) ارتباط دارند و این دو گروهک به طور مخفیانه از جانب آمریکا حمایت می شوند."
هرش همچنین در پاییز 2006 طی مقاله ای در نیویورکر نوشته بود: آمریکا و اسرائیل در حمایت از پژاک همکاری می کنند و این بخشی از تلاش برای یافتن راه های جایگزین اعمال فشار به ایران است.
پژاک یک گروه شبه نظامی کرد است که اعضای آن در کوه های قندیل واقع در کردستان عراق استقرار دارند. این گروهک تروریستی به عنوان زیرشاخه پ.ک.ک تاکنون در فعالیت های تروریستی خونباری در شمال غرب کشورمان دخالت داشته است. /Azarurmu/
+ Yazar A.B.H. Fri 4 Jul 2008 Saat
10:12 PM |
|
|
|
Azərbaycan Birlik Hərəkatı: Son bir neçə ayda Məhərrəm Əliyevin yaxını sayılan 40 nəfər işdən çıxarılıb.
Bakı Şəhər Baş Polis Idarəsində sabiq rəis Məhərrəm Əliyevə yaxınlığı ilə seçilən kadrların təmizlənməsi prosesi davam edir. Qəzetimizn ötən saylarında yazmışdıq ki, yeni Rafiq Abbasov heç nəyə baxmadan Məhərrəm Əliyevin kadrlarını idarədən uzaqlaşdırır.
BŞBPI-də kütləvi təmizləmə o həddə çatıb ki, artıq çıxarılanların yerinə kadr tapılmır. Dünən əldə etdiymiz məlumata görə, son bir neçə ay ərzində Məhərrəm Əliyevin adamı hesab edilən 40 nəfər BŞBPI-dən uzaqlaşdırılıb. Onların əksəriyyətinin yerinə Ramil Usubova xüsusi yaxınlığı ilə seçilən kadrlar gətirilib. Amma BŞBPI-nin cinayət axtarış şöbəsində 15 nəfərin yeri isə hələ də boşdur. Yeni rəis çıxarılanların yerinə təyin etməyə kadr tapa bilmir. Amma bununla belə təmizləmə əməliyyatını da davam etdirir. /Azadliq-Informasiya şöbəsi/
|
+ Yazar A.B.H. Fri 4 Jul 2008 Saat
9:7 PM |
Gülənin niyə Türkiyəyə dönmək istəməməsinin səbəbi aydınlaşdı
Türkiyənin ən ali və etibarlı qurumları tərəfindən dövləti ələ keçirməkdə ittiham olunan radikal dini-siyasi cərəyan liderinin ABŞ-dan çıxarılacağı təqdirdə yaşamaq üçün danışıqlar apardığı ölkələrdən biri də Azərbaycandır
Azərbaycan Birlik Hərəkatı: Yargıtay Cəza Ümumi Qurulunun, Fətullah Gülənlə əlaqədar bəraət qərarını təsdiqləyəndən sonra Fətullahçı mətbuat Gülənin tamamilə təmizə çıxdığı ilə bağlı təbliğat aparır. Halbuki Gülən haqqında Baş prokuror Əbdürrəhman Yalçınkayanın da ifadə etdiyi kimi Türk Cəza Qanununa ziddiyyətdən yeni cinayət işi qaldırıla bilər. Belə ki, Fətullah Gülən bu günə qədər Terrorla Mübarizə Qanunu çərçivəsində mühakimə olunub. AKP Hökumətinin 2003-cü ildə etdiyi dəyişikliklə terrorla bağlı qanunda dəyişiklik edilərək, terrorda şiddət ünsürünün olması şərti gətirilmişdi. Bu dəyişiklikdən faydalanan Gülən də cəza almaqdan xilas oldu. Ancaq Türk Cəza Qanununa görə, cinayət törətmək üçün təşkilatçılıq etmək kafi sayılır. ... Fariz/Yeni Çağ Yazının Ardı
+ Yazar A.B.H. Fri 4 Jul 2008 Saat
9:4 PM |
 |
Azərbaycanın Güneyində
gedən bayrağ məsəlsinə bir baxış
Azərbaycan Birlik Hərəkatı: Demek olar ki 1789 inci ildə fıransanin böyük inqilabindan sonra dünyada milli devlətlərin qorulması güclü şəkildə ortaya çıxdı,dünyada milli devlətlər yaratmaq mərhələsi başlayanda təsüflə azərbaycanda hələ belə bir fikir ortaya çıxmamışdı ... ardı >>> |
+ Yazar A.B.H. Fri 4 Jul 2008 Saat
8:52 PM |
|
Ermənistanın Bakı Metrodə terror aktı törətməsindən 14 il ötür |
|

Azərbaycan Birlik Hərəkatı: Bakı metropoliteninin “28 May” və “Gənclik” metro stansiyaları arasında hərəkət edən qatarda terror aktı törədilməsindən 14 il ötür.
1994-cü il iyulun 3-də törədilən terror aktı nəticəsində 14 nəfər həlak olub, 57 nəfər müxtəlif dərəcədə xəsarət alıb. Təhqiqat nəticəsində terror aktının Dağlıq Qarabağ uğrunda döyüşlərdə əsir düşmüş və Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilmiş Aslanov Azər Salman oğlu tərəfindən törədildiyi müəyyənləşib. ... |
| Daha ətraflı... |
+ Yazar A.B.H. Fri 4 Jul 2008 Saat
8:47 PM |
سخنی با مردم آذربایجان جنوبی
(دکتر علیرضا نظمی افشار)
آذربایجان بیرلیک حرکاتی: تنها امید ما به دو ملت برادر ترکیه و آذربایجان خواهد بود که خود فعلاً یا با کمکِ صندوق جهانی پول و یا بانک جهانی اداره میشوند. ترکیه نان عقل و درایت خود و موقعیتِ خاص استرتژیکی سرزمین خود را میخورد ولی یک منبع “کمک مالی” برای ما نمیتواند باشد و جمهوری آذربایجان نیز، بعد از شانزده سال، و داشتن موقعیتِ ثروتمند ترین ایالت شوروی سابق، با چاههای نفت جاری، هنوز، به استقلال اقتصادیِ کامل، نرسیده است. مسلما آینده آذربایجان جز این خواهد بود، و نفت تمام شرایط را عوض خواهد کرد، ولی ما که از نظر اقتصادی، جز یک سرزمین سوخته نیستیم. وابستگی روزانه، به مرکز،و یا، اتکا به ارزِ مرکزی، برای وارداتِ خارج، چنان مشخص است که هیچ عقل سلیمی آنرا نمیتواند انکار کند. چنان با عقل و تدبیر، برای اسارت ما کار کرده اند، که شعارهای پوچ و گفته های بی مغز انفعالی، درد اقتصادی ... یازینین آردی... /بابکین ایتگین عسگرلری - تبریز/
+ Yazar A.B.H. Fri 4 Jul 2008 Saat
7:58 PM |
کشتار ملت آذربایجان جنوبی دروازه های جهنم را به روی ایران خواهد گشود
اتحاد جماهیر شوروی، جمهوری شوروی آذربایجان، باکو، 20 ژانویه سال 1990م. (حتما مطالعه کنید)
در اولین ساعات ژانویه سال 1990، سالداتهای تازه نفس ارتش سرخ، تحت فرمان میخائیل گورباچف صدر حزب کومنیست اتحاد جماهیر شوروی، وارد جمهوری شوروی آذربایجان شدند. سربازان کمونیست سراپا مسلح، سوار بر تانکهای روسی عازم میدان مرکزی شهر بودند. درست در مقابل ساختمان باشکوه دولت، روبروی مجسمه عظیم لنین، دهها هزار تن از ملت آذربایجان شمالی تجمع کرده و با تمام وجود فریاد می کشیدند: آذربایجان- آذربایجان! یازینین آردی... /بابکین ایتگین عسگرلری - تبریز/
+ Yazar A.B.H. Fri 4 Jul 2008 Saat
7:54 PM |
|
Qazaxıstan: keçmişini bilməyən millətin gələcəyi də yoxdur
|
Azərbaycan Birlik Hərəkatı: Müstəqilliyini əldə etdikdən sonra Qazaxıstan öz tarixinin şanlı səhifələrini yenidən araşdırmağa başlayıb.
Bu məqsədlə 2004-cü ildə Prezident Nursultan Nazarbayevin sərəncamı ilə hazırlanan “Mədəni Miras Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər diqqəti cəlb edir. Vaxtilə Türküstan və Altay çöllərindən başlayaraq, Balkanlar və Misir də daxil olmaqla böyük bir ərazidə hökmranlıq edən qazaxların ulu əcdadlarının qəhrəmanlıqlarının yetişməkdə olan nəslə çatdırılması və onlarda milli şüurun artırılması yönündə görülən işlər ölkənin hər yerində böyük coşqunluqla qarşılanıb. Təsadüfi deyil ki, Prezident Nursultan Nazarbayev qazaxların gələcəkdə əldə edəcəkləri uğurların onların öz şanlı tarixlərindən ibrət götürmələrindən asılı olacağını xüsusi vurğulayaraq: “Əgər biz keçmişimizi sevə-sevə öyrənməsək və əcdadlarımızın qəhrəmanlıq səhifələrini ruhən yenidən onlarla birgə yaşamasaq, onda heç vaxt inkişaf etmiş millətlər sırasında öz yerimizi tuta bilməyəcəyik. Keçmiş yenidən öyrənilməzsə, gənc nəsil milli şüurdan və milli mənlikdən uzaq düşərək gələcəyi olmayan müti insanlara çevriləcək. Keçmişi olmayan millətin gələcəyi də yoxdur”, - deyib. |
+ Yazar A.B.H. Thu 3 Jul 2008 Saat
8:23 PM |
Azərbaycan Birlik Hərəkatı: Xızıda gənclər at belinə qalxaraq Azərbaycan və Türk bayraqlarını dağların zirvəsinə qaldırıblar, gecə isə tonqallar çatılıb Iyulun1-də Xızı şəhərində Dünya Azərbaycanlıları Konqresi (DAK) Azərbaycan xalqının böyük sərkərdəsi, azadlıq simvolu Babək Xürrəminin doğum gününü qeyd edib. ANSPRESS-in məlumatına görə əlverişsiz hava şəraitinə baxmayaraq, 500-dək tədbir iştirakçıları gur yağış altında anım gününü keçiriblər. Tədbir Xızı şəhər İcra Hakimiyyəti və DAK-ın Azərbaycan Nümayəndəliyi tərəfindən təşkil olunub. Millət vəkili Sabir Rüstəmxanlı ANSPRESS-ə bildirib ki, yürüş Güney Azərbaycan türklərinə dəstək mahiyyəti daşıyıb. «Hazırda maneələrə baxmayaraq, Güneydəki soydaşlarımız Bəzz qalasına doğru yürüşə başlayıblar. Biz də gəncəlrimiz qan yaddaşımızı unutmasınlar deyə, bu cür vətənpərvərlik ənənələrini davam etdirməliyik. Güclü yağış yağmasına baxmayaraq, gənclərimizin bu yürüşə qatılması məni sevindirir. Əminəm ki, onlar sabah komanda verilsə, torpaqlarımız uğrunda canlanırdan belə keçməyə hazırdırlar»- deyə,o, bildirib. Xatırladaq ki, hər il Güney Azərbaycanda soydaşlarımız Babəkin ad gününü Bəzz qalasına yürüş etməklə qeyd edirlər. Azərbayacanada isə bu ənənə ikinci ildir ki, davam etdirilir. Belə ki, bu il də Xızı şəhərində çoxsaylı gənclər at belinə qalxaraq Azərbaycan və Türk bayraqlarını dağların ziraəsinə qaldırıblar. Gecə isə tonqallar çatılıb. Tədbirdə DAK həmsədrləri - Firidun Pərviznia, DAK İdarə Heyətinin üzvləri, millət vəkilləri, DAK fəalları, Güney Azərbaycandan, İsveçrə, Almaniyadan olan soydaşlarımız və çoxsaylı qonaqlar iştirak edib. Sabir Rüstəmxanlı çıxışında gəncləri torpaqlarımızın geri alınmasında iştirak etməyə çağırıb. Daha sonra Şəmistanlı Əlizamanlı hərbi vətənpərvərlik ruhunda mahnılar və marşlar ifa edib. /VHP/
+ Yazar A.B.H. Thu 3 Jul 2008 Saat
7:59 PM |
Azərbaycan Birlik Hərəkatı: DAK Mətbuat Xidməti 2 Fans hakimiyəti Türk mədəniyətinə aiyd olan hər şeyi mənimsəiyr İran-da muğam oxuyan Əerdəbil-li Vədud Müəzzinzadə: Azərbaycan bizim Azəri musiqimizi oğurlayır! . Bu şok iddialari Ərdəbil şəhrində ən ünlü, şoələrin ən sevdigi əzan oxuyan şəxs, Rəhim Müəzzinzadə-nin oğlu Vədud dilə gətirib! Azərbaycan muğamının tarixi mədəniyətin başlanqıcına dayanır. İran adlanan ülkənin yaranmasından min illər öncə Azərbaycanli musiqiçiləri muğamla sözlərin dilə gətirərdilər. Ancaq, Fars şovonistlərin asimilasiyasi sonucu, bir sıra özündən xəbərsiz Türk öz musiqisinə İran sənəti adi verib və onu, yaradanlarından, öz qardaş-bacılarından qurumağa qalxışır! BayBak-in bilgisinə görə, İran adlanan ülkədə Quzey-Bati adlanan bölgənin musiqi başçısı olan Vədud Müəzzinzadə, bu iddialari dilə gətirərək İran hakimiyətindən istəiybdir ki namərd qomşuların əlin Azəri musiqisindən kəssin! Maraxlıdır ki bu muğam musiqisi İranda yaşayan başqa millətlərin musiqisinin zənginləşməsində böyük rol oynayıb. Azərbaycan muğami dünya çapında tanınmış bir musiqidir və Quzey Azərbaycan devləti onu Yunesko-da səbt etməgə çalışır. İran hakimiyəti Türk mədəniyətinə aiyd olan hər şeyi mənimsəiyr, bu olaysa onların nəqədər millətimizi asimilə etmələrin göstərir. /vhp/
+ Yazar A.B.H. Thu 3 Jul 2008 Saat
7:51 PM |
DAK-ın Avropa üzrə Daimi Nümayəndəliyi fəaliyyətə başladı
Bundan sonra DAK-ın rəsmi görüşləri Brüsseldə keçiriləcək
Azərbaycan Birlik Hərəkatı: Dünya Azərbaycanlıları Konqresinin Avropa üzrə Daimi Nümayəndəliyi iyul ayının 1-dən etibarən Belçikanın Brüssel şəhərində (Ünvan: Rue du Palais 44.1030 Bruxelles) fəaliyyətə başlayıb. 1997-ci ildə yaradılmasına baxmayaraq, 10 il müddətində Avropada daimi mərkəzi olmayan DAK-ın Daimi Nümayəndəliyin yaradılması təşəbbüsü DAK-ın 6-8 iyun 2008-ci il tarixlərində Almaniyanın Köln şəhərində, Ramada Hotelində keçirilən möhtəşəm X Növbədənkənar Qurultayında qaldırılmışdı və bu təşəbbüs DAK rəhbərliyi tərəfindən həyata keçirildi. /yenicag.az/
+ Yazar A.B.H. Thu 3 Jul 2008 Saat
7:49 PM |
İLHAM ƏLİYEVİ “MOSSAD” QORUYUR
Hakimiyyət İran təhlükəsini İsrail vasitəsilə önləyir - Vaşinqton İnstitutu Azərbaycan prezidentini xarici səfərlər zamanı əcnəbi agentlərin mühafizə etdiyini bildirir
Azərbaycan Birlik Hərəkatı: Azərbaycan prezidenti İlham Əliyev xarici səfərləri zamanı İsrailin xüsusi xidmət orqanı “Mossad” tərəfindən qorunur. Bu ilginc fakt ABŞ-ın Yaxın Şərq üzrə Vaşinqton İnstitutunun (“The Washington İnstitute for Near East Policy”) İsrail-Azərbaycan münasibətlərinə dair hazırladığı analizdə yer alıb. Analizin müəllifləri Aleksandr Murinson və Şönər Çağataydır. Çağatay sözügedən institutun Türkiyə araşdırmaları üzrə proqram direktoru, Murinson isə London universitetindən Xəzər hövzəsi üzrə ixtisaslaşmış tədqiqatçıdır. Təhlildə deyilir ki, Azərbaycanla İsrail arasındakı münasibətlər regionun digər müsəlman ölkələri üçün nümunə ola bilər. Belə ki, Azərbaycan yəhudi dövləti ilə təhlükəsizlik və hərbi sahələrdə yaxın ilişgilər qurub. Bildirilir ki, İlham Əliyev hakimiyyətə gəldikdən sonra İran Bakını aşkar və gizli şəkildə hədələyir. İsraillə gizli əməkdaşlığı dayandırmağı və İsrailin Azərbaycandakı kəşfiyyat zabitlərini ölkədən kənarlaşdırmağı tələb edir. Murinson və Çağatay qeyd edirlər ki, Azərbaycan hakimiyyəti İran rejiminin mahiyyətinə yaxşı bələd olduğundan bu ölkədən gələ biləcək mümkün təhükələrə qarşı İsrail və Türkiyə ilə təhlükəsizlik, eləcə də kəşfiyyat sahəsində yaxın əməkdaşlıq edir. Bu əməkdaşlığa kəşfiyyat məlumatlarının mübadiləsi, vaxtaşırı keçirilən məlumatlandırma xarakterli görüşlər, o cümlədən İsrailin kəşfiyyat peykləri tərəfindən toplanmış bilgilərin analizi daxildir. “İsrail həmçinin Azərbaycanın təhlükəsizlik və kəşfiyyat xidmətlərinin əməkdaşlarına təlim keçir. Həmçinin xarici səfərlər zamanı İlham Əliyevin təhlükəsizliyini təmin edir. Bəzi məlumatlara görə, İsrail həmçinin Xəzər dənizində və İranla sərhəddə elektron dinləmə qurğuları yerləşdirib”,-deyə analizdə bildirilir. Qeyd edək ki, əslində Azərbaycan İrana görə İsraildən məsafə saxlamağa çalışır. Neçə vaxtdır yəhudi lobbisinin göstərdiyi səylərə baxmayaraq, Azərbaycanın Təl-əvivdə səfirlik açmaması, yüksək rütbəli dövlət rəsmilərinin İsraildə heç vaxt səfərdə olmaması da bunu təsdiq edir. Lakin bununla belə İsraillə Azərbaycan arasında təhlükəsizlik və hərbi sahədə əməkdaşlığın mövcudluğu sirr deyil. Bu baxımdan Amerikanın nüfuzlu araşdırma mərkəzlərindən birinin hazırladığı təhlildə yer alan informasiya kifayət qədər maraq doğurur. Belə görünür ki, Azərbaycanın dövlət başçısı xarici səfərlər zamanı İranın mümkün təxribatlarından ehtiyat edərək təhlükəsizliyinin qorunmasını “Mossad” agentlərinə etibar edir. Ekspertlərə görə, burada söhbət heç də “Mossad” agentlərinin İ.Əliyevin şəxsi təhlükəsizlik xidmətinin əməkdaşlarını əvəz etməsindən getmir. Əgər belə mühafizə varsa, o sırf informasiya mübadiləsi formasında həyata keçirilir. Yəni “Mossad” Azərbaycan dövlət başçısının səfər edəcəyi ölkələrdəki agentləri vasitəsilə qonağın təhlükəsizliyi ilə bağlı riskləri araşdırır və bu barədə məlumat verir. /musavat-M.MEHDİ/
+ Yazar A.B.H. Thu 3 Jul 2008 Saat
2:23 PM |
DMİTRİ MEDVEDEV BU GÜN BAKIYA GƏLİR
Rusiya prezidentilə İlham Əliyevin görüşündə İlyas İsmaylovun oğlunun məsələsi qaldırıla bilər
Azərbaycan Birlik Hərəkatı: Bu gün Rusiya prezidenti Dmitri Medvedyevin Bakıya iki günlük rəsmi səfəri başlayır. Xəbər verildiyi kimi, Medvedyevin səfəri zamanı əsas diqqət enerji mövzusuna ayrılacaq. Bu, yeni prezident kimi Medvedyevin Bakıya ilk səfəridir. Rusiya prezidenti Azərbaycandan sonra Türkmənistan və Qazaxıstanda olacaq. Elə onun səfər marşrutu da təsdiq edir ki, Kreml rəhbərinin Xəzəryanı ölkələrə səfərdə əsas məqsədi regionun enerji ehtiyatlarına nəzarət məsələsi ilə bağlıdır. Gözlənilir ki, Bakıya səfər zamanı əsas müzakirə predmetlərindən biri “Qazprom” prezidenti Aleksey Millerin İlham Əliyevə verdiyi təklif olacaq. Həmin təklif “Qazprom” şirkətinin Azərbaycanın bütün ixrac qazını Avropa qiymətlərinə uzunmüddətli müqavilə əsasında almasını nəzərdə tutur. Rusiya mənbələrinin yazdıqlarına əsasən, Medvedyev iyulun 4-də Bakıdan Aşqabada yola düşəcək. O, Türkmənistan qazının qiymətlərinə dair danışıqlar aparmalıdır. İyulun 6-da isə Medvedyev Qazaxıstana gedəcək. Onun prezident seçildikdən sonra Qazaxıstana ikinci səfərinin məqsədi rəsmi məlumatlara görə, paytaxt Astananın 10 illik yubileyində və prezident Nursultan Nazarbayevin ad günündə iştirak etməkdir. Ad gününə digər MDB prezidentlərinin, o cümlədən İ.Əliyevin də qatılacağı gözlənilir. Rusiya ekspertləri hesab edirlər ki, Medvedyev Xəzəryanı ölkələrlə qaz OPEK-i yaradılmasına dair danışıqlar da aparacaq. Bu ideyanı vaxtilə Vladimir Putin irəli sürüb, Qərb isə qaz kartelinin yaradılması ideyasına qarşıdır. Əgər Rusiya prezidenti Azərbaycanla qaz razılaşması əldə edə bilsə o zaman qaz OPEK-in yaradılması məsələsi reallaşa bilər. Digər məlumatlara görə, Medvedyev Bakıda Azərbaycanın NATO ilə gələcək əməkdaşlıq planları barədə də soruşacaq. Rusiya prezidentinin səfəri zamanı qeyri-rəsmi danışıqlarda Azərbaycan tərəfinin deputat İlyas İsmayılovun oğlunun həbsi ilə bağlı məsələni qaldıracağı da gözlənilir. Bu haqda Rusiya mətbuatına Etimad İsmayılovun vəkili Cərulla Ramazanov və Aleksandr Kaydin məlumat veriblər. “The Moskow Post” qəzetinin yazdığına görə, vəkillər deyiblər ki, Rusiyada bizneslə məşğul olan İsmayılov Çelyabinsk vilayətindəki korrupsiyalaşmış məmurların güdazına gedib. İsmayılov hazırda Çelyabinskdə saxlanılır, işin istintaqının Moskvaya verilməsi haqda vəsatətlər isə təmin olunmayıb. /musavat-Siyasət/
+ Yazar A.B.H. Thu 3 Jul 2008 Saat
2:19 PM |
Müsavat Partiyası icazəsiz piketləri davam etdirəcək
Azərbaycan Birlik Hərəkatı: Müsavat Partiyası kütləvi aksiyaları piketlərlə davam etdirəcək. Partiyanın Seçki Departamentinin rəhbəri Gülağa Aslanlı APA-ya bildirib ki, bu barədə partiya Divanının son toplantısında qərar qəbul olunub. O, dəfələrlə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etsələr də, mitinqlərə icazə verilmədiyini xatırladıb. Bu səbəblə icazəsiz aksiyaların keçiriləcəyini deyən G. Aslanlı bunun piket formasında davam etdirilməsinin daha məqsədəuyğun olduğunu söyləyib. Onun sözlərinə görə, aksiyalarda həm seçkiqabağı şəraitin demokratikləşdirilməsi, həm də sərbəst toplaşmaq azadlığının bərpa olunması tələb ediləcək. Piketlər şəhərin ayrı-ayrı hissələrində, dövlət qurumlarının binalarının qarşısına təyin olunacaq. /525ci Qəzet/
+ Yazar A.B.H. Thu 3 Jul 2008 Saat
10:32 AM |
37 تن از دانشجوي دانشگاه تبريز به كميته انضباطي فراخوانده شدند
آذربایجان بیرلیک حرکاتی: در پي اعتراضات دانشجويان دانشگاه تبريز نسبت به مسائل دانشجويان ستاره دار و اقدامات غير قانوني حراست، 37 تن از دانشجويان به كميته انضباطي دانشگاه احضار شده اند.
مسئولين، تحصن محدود روز 6 تير را علت احضار بي سابقه 37 نفر عنوان كرده اند. روز پنج شنبه 6 تير، تجمع اعتراض آمیز در خوابگاه شهرك امام در اعتراض به كارشكني هاي مسئولين حراست دانشگاه كه با ايجاد اختلاف بين دانشجويان قوميت هاي مختلف، قصد تفرقه افكني بين دانشجويان را داشتند، برگزار شده بود. نهادهاي امنيتي دانشگاه با دستاويز قرار دادن تحصن 6 تير، افرادي را به كميته انضباطي فرا خوانده اند كه حتي در محل تجمع نيز حاضر نبوده و از فعالين دانشجويي محسوب مي گردند.
در حالي روز يكشنبه 16 تير، تاريخ احضار دانشجويان عنوان شده است كه شنبه 15 تير، امتحانات تمامي دانشكده هاي دانشگاه تبريز به پايان مي رسد.
شنيده ها حاكي از آن است كه حجم وسيع احضار به كميته انضباطي، حساسيت دانشجويان را شديداً برانگيخته است و اين در حالي است كه هنوز دانشجويان محروم از حق تحصيل دانشگاه تبريز در بلاتكليفي به سر مي برند. /در دانشگاه تبریز چه خبر است؟/
+ Yazar A.B.H. Thu 3 Jul 2008 Saat
1:31 AM |
|
ABŞ PJAK-ı terrorçu təşkilat kimi tanımır?
|
|

Azərbaycan Birlik Hərəkatı: Dövlət Departamentinin rəsmi nümayəndəsi Tom Keysi: “Bu təşkilat terrorçular siyahısında ayrıca yer almır”
ABŞ administrasiyası PKK-nın İran qolu olan PJAK-ı xüsusi olaraq terrorçu təşkilat kimi tanımır. Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Tom Keysi bildirib. Keysi deyib ki, Birləşmiş Ştatlar PJAK-ı PKK-nın imkanlarından və taktikasından istifadə edən silahlı təşkilat görür, lakin terror təşkilatları siyahısında ona ayrıca olaraq yer vermir. /butovaz/ |
| Daha ətraflı... |
+ Yazar A.B.H. Thu 3 Jul 2008 Saat
1:20 AM |
Erməni əsirliyində
Yaxud bir şəkilin tarixçəsi Azərbaycan Birlik Hərəkatı: Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai İirliyinin sədri Faiq İsmayılovun redaksiyamıza təqdim etdiyi fotoşəkil günün olayları üzərində kökləmiş ovqatımı alt-üst elədi. AŞ PA sədrinin açıqlamalarını, Türkiyədə oynanılan AKP-Ergenokon komediyasını və daha nələri bütün göz önündə olan və olmayan çalarlarına kimi unutdum. Dəyərli oxucular, Sizə təqdim olunan bu fotoşəkildəki insanlar bizim babalarımız, nənələrimiz, ata və analarımız, bacı və qardaşlarımızdır... Qanı bir, dili bir soydaşlarımızdır.
+ Yazar A.B.H. Wed 2 Jul 2008 Saat
9:42 PM |
بزرگداشت تولد بابک در سولدوز

آذربایجان بیرلیک حرکاتی: عصر دیروز جوانان سولدوز با روشن کردن آتش و پرتاب ترقه به شادی پرداختند. بدین مناسبت تنی چند از جوانان غیور سولدوز در محله های مختلف سولدوز استقرار یافته و با شلیک منورهای رنگی یاد و خاطره آزادمرد تاریخ بابک را گرامی داشتند. شب گذشته بمناسبت تولد سردار نامی آذربایجان بابک رادمرد تاریخ، رأس ساعت ۹ شب آسمان سولدوز با منورهای رنگی نورانی شد. همچنین خبرها حاکی از آنست که چندین اکیپ بطور دسته جمعی از الان برای شرکت در کنگره بزرگ بابک در قلعۀ بابک عازم کلیبر شده اند. از سوی دیگر راههای خروجی سولدوز تحت کنترل شدید اطلاعات نیروی انتظامی می باشد و شب گذشته سرگرد عین الله نوروزپور بهمراه مأمورین خود بسمت یکی از خودروهای عازم کلیبر در خروجی شهرستان نقده در پی عدم توجه به فرمان ایست آنان، شلیک نموده اند. بطوریکه اتومبیل از نقاط مختلف سوراخ گشته امّا هیچیک از گلوله ها به سرنشینان خودرو اصابت نکرده و توانسته اند از این ماجرا جان سالم به در برند.
 
/Bizim Soldüz/
+ Yazar A.B.H. Wed 2 Jul 2008 Saat
9:42 PM |
تئهراندا "سومقاييتدا ائرمني سويقيريمي" آدلي کيتاب نشر اولونوب
آذربایجان بیرلیک حرکاتی: آپا: ايراندا "سومقاييتدا ائرمني سويقيريمي" آدلي کيتاب نشر اولونوب. ائرمنيستانين ايرانداکي سفيرليگي نين تشببوسو ايله نشر اولونان کيتابدا 1988-جي ايل فئورالين 27-29-دا سومقاييتدا باش وئرن و بين الخالق رئزونانس دوغوران ايغتيشاشلاردان بحث اولونوب.
فارس ديلينده چاپ اولونان کيتابدا حاديثه نين سببي و نتيجه لري تحريف اولونوب و حاقيقته اويغون اولمايان ستاتيستيک رقملردن ايستيفاده ائديليب. نشرده قئيد اولونوب کي، گويا حاديثه زاماني آذربايجانليلار طرفيندن 200 ائرمنينين ائوينه هوجوم ائديليب، يوزلرله ائرمني قتله يئتيريليب، او جومله دن ائرمنيلره مخصوص تيجارت اوبيئکتلري تالان ائديليب. کيتابدا قاراباغين تاريخي و موناقيشه نين خرونولوگيياسي ساختالاشديريليب.
قئيد ائدک کي، 1988-جي ايل فئورالين 27-29-دا باش وئرن بو قانلي حاديثه لر نتيجه سينده 26 ائرمني و 6 آذربايجانلي اؤلدورولوب، اونلارلا شخص يارالانيب. حاديثه نين گوناهکارلاري کيمي حبس اولونان احمد احمدوو آدلي آذربايجانلي گولللنمه جزاسينا محکوم ائديليب، ائرمني ائدوارد قريقوريانا ايسه 12 ايل حبس جزاسي وئريليب، لاکين او، جزاسيني آخيرا قدر چکمه دن آزادليغا بوراخيليب. سونرالار حاديثه لرين ائرمني ميلتچي تشکيلاتلاري نين سري خوصوصي خيدمت اورقانلاري نين تشکيلاتچيليغي ايله حياتا کئچيريلديگي آشکارلانيب. /آذربایجان اویرنجی حرکاتی/
+ Yazar A.B.H. Wed 2 Jul 2008 Saat
8:14 PM |
دروغگوئی اسلامی مرسوم در بین شوونیستهای فارس:
نباید از آذربایجان جنوبی و شمالی استفاده شود!
آذربایجان بیرلیک حرکاتی: شوونیستهای فارس که بخش شمالی آذربایجان را با عنوان جعلی “ایران شمالی” یاد میکنند از خوانده شدن بخش جنوبی آذربایجان به عنوان “آذربایجان جنوبی” به هراس افتاده اند! این افراد که همه چیز را متعلق به خود و همه جا را ارث پدری خود میدانند٫ مانند کنه به تاریخ ساخته شده توسط غربیان چسبیده اند و به کوچکتر از خاور میانه رضایت نمیدهند! اینها همه جای خاورمیانه را “ایران زمین” مینامند اما٫ هر شخص یا ارگان علمی که با تکیه بر اسناد معتبر و واقعی تاریخی از اسامی رسمی استفاده میکنند مورد قهر شوونیستها واقع میشوند! یازینین آردی... /بابکین ایتگین عسگرلری - تبریز/
+ Yazar A.B.H. Wed 2 Jul 2008 Saat
8:11 PM |
|
Babək günü 05- July- 2008 Londonda
|
|

Azərbaycan Birlik Hərəkatı: üney Azərbaycanlılar Təşkilatı(GAT-UK) böyük Britaniyada yaşayan Azərbaycalılardan Dəvət Edir:
Əgər üsyanımız azadlıq üçündürsə, azadlıqımız bərabərlik üçündür. Əgər torpax bizimdirsə, elə qoy sevincidə bizim olsun, kədəridə, və nəhayət, elə bir zaman gəlsin ki, bütün dünyanın nemətləri, bütün insanlar arasında, tən bölünsün. “Ulu Babək” /// Bu mərasimdə: Babək Xurrəmdinin yaşayışı haqqinda qisa məlumat veriləcək. Musiqi, rəqs və şadlıq arasinda qonağlarımıza pulsuz yemək veriləcəkdir.
Babək Xurrəmdin, Azərbaycanın Milli Qəhrəmanı Və Azadlıqımıza Ən Böyük Ruh Yüksəklik Qaynağıdır.
Babəkin Doğum Günü Bütün Azərbaycanlılara və Azadlıq Həvəsilə Yaşayan İnsanlara Mübarək olsun.
Azərbaycan Oyaqdır Özlüyünə Dayaqdır
Görüşümüz: Saturday 05 / July / 2008. 6:30 -10 PM
245 Old Marylebone Rd, London NW1 5QT
St Mark’s Church Hall
Stansiya: Edgware Rd Station
saa-uk@hotmail.com |
+ Yazar A.B.H. Wed 2 Jul 2008 Saat
12:51 PM |
|
İranda müharibə hazırlıqları gedir? |
|

Azərbaycan Birlik Hərəkatı: on bir neçə həftə ərzində Rusiya hərbi təlimatçıları İranın hava hücumundan müdafiə sistemlərinin işini təkmilləşdirmək üçün fəal şəkildə işləyirlər.
İran ABŞ və ya İsrailin ona qarşı hərbi əməliyyatlara hazırlaşdığı haqda son günlər bir-birinin ardınca yayılan məlumatlara ciddi yanaşmadığını büruzə verməyə çalışsa da, ölkədə müharibə hazırlıqları gedir. İsrail kəşfiyyat xidmətlərinə yaxınlığı ilə bilinən “Debka” saytının yazdığına görə, artıq “Şahab” raketləri strart meydançalarında yerləşdirilib və İsrail ərazisindəki strateji obyektlərə tuşlanıb. Həmçinin ölkənin hərbi komandanlığı İran ərazisinin 31 arxa cəbhə dairəsinə bölünməsi haqda qərar çıxarıb. Bildirilir ki, bu qərar ötən həftə İnqilab Keşikçiləri Korpusunun komandanlığı tərəfindən verilib. Qərara uyğun olaraq hər dairədə müharibə zamanı idarəçiliyi üzərinə götürməli olan xüsusi qərargahlar da yaradılmalıdır. Qərargahlara İnqilab Keşikçiləri Korpusundan olan zabitlər başçılıq edəcək. Həmçinin qərara əsasən hər bir dairədə 20 min qəbir qazmaq tapşırılıb. Bununla da İran ərazisi boyu cəmi 320 min qəbirin qazılacağı bildirilir. Rəsmi olaraq deyilir ki, bu qəbirlər Amerika və İsrail işğalçılarını basdırmaq üçün nəzərdə tutulub. Məlumatda o da vurğulanır ki, qəbirlər Tehranda və İranın nüvə obyektlərinin yerləşdiyi Natanz, İsfahan şəhərlərində qazılır. Bununla da güman edilir ki, İran mümkün aviazərbələr nəticəsində həlak olan insanları dəfn etmək üçün hazırlıqlar görür. Digər məlumatlara görə, son bir neçə həftə ərzində Rusiya hərbi təlimatçıları İranın hava hücumundan müdafiə sistemlərinin işini təkmilləşdirmək üçün fəal şəkildə işləyirlər. Əsas diqqət ötən ilin yayında İsrailin Suriyaya hava hücumunu qeydə ala və dəf edə bilməyən “Pantsir-C1" artilleriya-raket komplekslərinə ayrılır. Bu komplekslər yeni tipli radarlarla təkmilləşdirilir və iranlı hərbçilərə təlimatlar verilir. Xatırladaq ki, müxtəlif xarici KİV-lər və ekspertlər tərəfindən irəli sürülən iddialara görə, ABŞ İrana qarşı hərbi əməliyyatlara bu ilin payızında başlaya bilər. Bu zaman hava zərbələrinə və xüsusi təyinatlı yerüstü müdaxilələrə üstünlük veriləcək. Tanınmış jurnalist Seymur Herş isə ”The New Yorker" həftəliyində yazıb ki, Birləşmiş Ştatlar artıq İranda xüsusi təyinatlı məxfi əməliyyatlar həyata keçirir. Bu çərçivədə İrandakı silahlı müxalif qruplara, o cümlədən PKK-nın qolu olan PJAK-a dəstək verilir. Əməliyyatların məqsədi İranda hakimiyyəti zəiflətmək və silahlı qüvvələrin rəhbərliyinə daxil olan şəxsləri aradan götürməkdir. Əməliyyatların keçirilməsi üçün 400 milyon dollar ayrılıb. /butovaz/ |
+ Yazar A.B.H. Wed 2 Jul 2008 Saat
12:47 PM |
Güney Azərbaycan dünyanın diqqətindən kənarda qalıb
Azərbaycan Birlik Hərəkatı: Qərb və fars rejimi Azərbaycan türklərilə bağlı məlumatların məşhur KİV-lərinin gündəminə çıxmasında maraqlı deyil ABŞ prezidenti Corc Buşun gələn il yanvarın 20-dək, yəni vəzifəsini növbəti prezidentə təhvil verənədək İrana zərbə endirəcəyi barədə məlumatlar yayılıb. Bu prosesdə İsrailin rolu, Birləşmiş Ştatların rəhbərliyindən təmsil olunan "şahinlərin" mövqeyi, İranın "Şahab" raketlərinin İsrailin nüvə obyektlərinə tuşlanması, ABŞ-ın israrıyla BMT-nin İran əleyhinə sanksiyalar qəbul etməsi, Avropa Birliyinin bu sanksiyalara qoşulması haqqında informasiyalar dövriyyədədir. İnformasiyalar bununla bitmir. /xalqcebhesi/
+ Yazar A.B.H. Wed 2 Jul 2008 Saat
12:43 PM |
|
Şimali Qafqazda Üç respublika gərginlik içindədir

Azərbaycan Birlik Hərəkatı: Rəsmi Moskva muxtar respublikalarda prezidentlik postunu ləğv etməyə hazırlaşır. Buna ilk olaraq Tatarıstandan təpki gəldi.
Şimali Qafqazda vəziyyətin gərginləşməsini artıq gizlətmək mümkün deyil. Konkret olaraq Çeçenistan və Dağıstanda mücahidlərlə hüquq-mühafizə orqanları arasında döyüşlər baş verir. İnquşetiyada da situasiyanın getdikcə ağırlaşdığı barədə məlumatlar yayılır. Çeçenistanın rəhbəri Ramzan Kadırovun vəziyyətin tam nəzarət altında olduğu barədə bəyanat verməsinə artıq Kremldə də inanmırlar. /Butovaz/ |
| Daha ətraflı... |
+ Yazar A.B.H. Tue 1 Jul 2008 Saat
6:42 PM |
|
|